SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
Dövlət Təhlükəsizlik Xidməti kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda həyata keçirilməsi planlanlaşdırılan terror təxribatları və kəşfiyyat xarakterli məlumatların toplanılmasının qarşısını alıb.
Milli.Az xəbər verir ki, cəmiyyət arasında vahimə yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə strateji obyekt olan Bakı-Ceyhan Neft Boru Kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudiləri Dini İcmasının rəhbərlərindən biri və "Aşkenazi" sinaqoqu hədəfə alınıb. Ölkə ərazisinə 3 ədəd partlayıcı qurğu keçirilib. Həmin partlayıcılar zərərsizləşdirilərək digər şəxslərə ötürülməsinin qarşısı alınıb. İran Xüsusi Xidmət Orqanlarının ölkəmizdə maraq göstərdiyi strateji obyektlər, hədəflər, eləcə də onlarla əməkdaşlıq edən şəxslərin müəyyən olunması məqsədilə əməliyyat-axtarış tədbirləri təşkil edilib. Məlum olub ki, İran vətəndaşları - Rüstəmzadə Behnam Sahibali, Zankiyan Yaser Rahim qabaqcadan əlbir olaraq ölkə ərazisinə partlayıcı qurğu keçirmək üçün Quliyev Tərxan Tərlan oğlu ilə cinayətkar əlaqə yaradıb.
Zankiyan Rahimin tapşırığı ilə Səbail rayonu Şıxov qəsəbəsi yaxınlığında qoyulmuş bir ədəd naməlum konteyner müəyyən edilib. Konteynerə baxış zamanı içərisində obyektlərin, eyni zamanda beton qurğuların partladılması üçün nəzərdə tutulmuş 7 kiloqram 730 qram ağırlığında olan C4 partlayıcı maddənin olduğu aşkar edilib. Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat çəkilişləri zamanı Tərxan Quliyevin Ağayev Nicatla birlikdə avtomobillə gələrək konteyneri qoyulduğu yerdən götürdüyü və sonrakı günlərdə Bakı şəhəri, Nəsimi rayonunda partlayıcı qurğunu gizlətdikləri müəyyən edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
BMT rəsmisindən Azərbaycanın ev sahibliyinə yüksək qiymət - (Foto)
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
Prezidenti İlham Əliyev: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir
-
Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev Petr Paveli təbrik edib
-
Prezident İlham Əliyev: Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir
XƏBƏR LENTİ
-
Əməkdar artist: "Gizli ailə qurmuşam və qız anasıyam yazıblar" (Video)
-
“İranla münaqişə istədiyim vaxt bitəcək” – Tramp
-
Elektroskuter istifadəçilərinin diqqətinə: Cərimə ilə üzləşə bilərlər
-
Yasamalda məktəbli qızın faciəli ölümü - Hadisədən əvvəl nə deyib? - (Yenilənib)
-
Bakının 4 rayonunda işıqlar sönəcək
-
Kartof bahalaşacaq?
-
Ayın 29-da intensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
-
BMT rəsmisindən Azərbaycanın ev sahibliyinə yüksək qiymət - (Foto)
-
"Bolt"dan çağırdığı sürücü başına iş açdı - (Foto)
-
Xuraman Əlizadəyə ağır itki - (Foto)
-
Ənvər Hacıməmmədov vəfat etdi
-
Azərbaycan əsilli rejissor barəsində həbs qərarı verildi - (Foto)
-
Yevlaxda iki gəncin öldüyü qəzanın səbəbi açıqlandı - (Video)
-
"Qalatasaray" və "Fənərbağça"nın ulduzunu 10 oyunluq cəza gözləyir
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
Bakıda bütün köhnə avtobuslar tarixə qovuşur
-
İsraildə seçkilərin ilkin nəticələri: Netanyahu irəlidədir
-
Məşhur aktyor vəfat etdi - (Foto)
-
Prezidenti İlham Əliyev: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir
-
Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev Petr Paveli təbrik edib
-
Xalq artisti: “Heç vaxt ərə gedib, başqa kişidən uşaq doğmaram” (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir
-
Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir





