İdman

Yamalın atası hava limanında aləmi bir-birinə qatdı

28 Oktyabr 2026 10:20
Baxış: 517
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Barselona"nın 19 yaşlı futbolçusu Lamin Yamalın atası Munir Nasraui ilə bağlı insident yaşandığı bildirilir.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, o, Barselona hava limanında baş verən mübahisə zamanı aqressiv davranışda ittiham olunur. Hadisə hava limanının kafeteriya hissəsində qeydə alınıb. İddialara əsasən, Nasraui gödəkçəsini qoymaq üçün icazə verilməyən yerdən istifadə edib. Buna etiraz edən müəssisə əməkdaşı ilə onun arasında sözlü qarşıdurma yaranıb.

Məlumatda qeyd olunur ki, mübahisə zamanı Nasraui qadının üzünə tüpürüb. Ofisiantın müdafiəsinə qalxan ziyarətçilərdən biri də hadisəyə müdaxilə etdikdən sonra gərginlik daha da artıb. Nasraui-nin stul götürərək həmin şəxsin üzərinə atmağa cəhd etdiyi iddia olunur.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.