Prezident İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasının iştirakçılarına müraciət ünvanlayıb.
Milli.Az xəbər verir ki, mətni Baş prokuror Kamran Əliyev oxuyub.
Müraciətdə deyilir:
"Sizi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin Bakıda keçirilən üçüncü yüksək səviyyəli iclasında salamlayıram.
Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına, həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə xüsusi önəm verir və bu istiqamətdə daim səylər göstərir.
Korrupsiya dövlət təsisatlarına ictimai etimadı sarsıdan, sosial ədalətə, sağlam rəqabətə və iqtisadi inkişafa xələl gətirən cinayətdir. Bəzi hallarda bu növ cinayətlərin transsərhəd xarakteri müvafiq tədbirlərin həm milli, həm də beynəlxalq müstəvidə görülməsini zəruri edir. Bu xüsusda, "İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq mühafizə əməkdaşlığı haqqında Məkkə Əl-Mükərrəmə Konvensiyası" bu sahədə vahid hüquqi platforma formalaşdıran strateji sənəddir. Azərbaycanın bu Konvensiyaya qoşulması beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından böyük önəm daşıyır.
Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Qanunvericiliyin təkmilləşdirilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və əlçatanlığının təmin edilməsi, ictimai nəzarətin gücləndirilməsi korrupsiyanın qarşısının alınmasında mühüm rol oynayır.
Torpaqlarımızın 30 ilə yaxın işğalı dövründə təbii sərvətlərimizin, o cümlədən faydalı qazıntı yataqlarımızın xarici subyektlərin iştirakı ilə qanunsuz istismarı regionun ekologiyasına ağır ziyan vurmuşdur. Bu cinayətlər nəticəsində əldə edilmiş külli miqdarda gəlir beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılmışdır.
Rəqəmsal inkişaf, xüsusilə də süni intellektin sürətli yayılması korrupsiya ilə mübarizə imkanlarını genişləndirməklə yanaşı, korrupsiyanın yeni təzahürlərinin meydana gəlməsinə, rəqəmsal maliyyə alətlərindən sui-istifadəyə şərait yaradır. Müvafiq hüquq mühafizə orqanlarının müasir texnoloji həllərin potensialından səmərəli yararlanması bu cür cinayətlərin qarşısının alınmasında və effektiv araşdırılmasında xüsusi əhəmiyyət kəsb edir.
Əminəm ki, Bakıda aparılacaq müzakirələr və irəli sürüləcək təkliflər İƏT üzv dövlətləri arasında korrupsiyaya qarşı mübarizədə əməkdaşlığın daha da güclənməsinə, etimadın möhkəmlənməsinə və ölkələrimizin dayanıqlı inkişafına xidmət edəcəkdir.
İclasın işinə uğurlar arzulayıram".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Prezidenti İlham Əliyev: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir
-
Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev Petr Paveli təbrik edib
-
Prezident İlham Əliyev: Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir
-
Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
-
Prezident İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
XƏBƏR LENTİ
-
İsraildə seçkilərin ilkin nəticələri: Netanyahu irəlidədir
-
Məşhur aktyor vəfat etdi - (Foto)
-
Prezidenti İlham Əliyev: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir
-
Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev Petr Paveli təbrik edib
-
Xalq artisti: “Heç vaxt ərə gedib, başqa kişidən uşaq doğmaram” (Video)
-
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
-
Prezident İlham Əliyev: Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir
-
Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
-
“Güllü”nün qızı ilə bağlı qorxunc iddialar üzə çıxdı - Xəstələrə iynə vuraraq...
-
Prezident İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
-
Xaçmazda avtomobil piyadanı vurub öldürdü
-
Özünü vergi əməkdaşı kimi təqdim edərək sahibkardan 500 manat aldı - (Video)
-
Tramp Cinpinlə görüşəcək
-
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
-
Yamalın atası hava limanında aləmi bir-birinə qatdı
-
İstanbulda dörd mərtəbəli bina çökdü
-
Ukrayna Rusiya ordusunun itkilərini açıqladı
-
Azərbaycan nefti 4 faiz ucuzlaşdı
-
"Barselona" Xulian Alvaresə görə cərimələndi
-
Təbii qazın qiyməti artdı
-
Kıvanç Tatlıtuğun qarınlı halı süni intellekt deyilmiş... (Video)
-
Diktə edəcək kimsə yoxdur: Bakı özgə qərarlar dövrünü bağladı
-
Akif Beybutov vəfat etdi





