“Güllü”nün qızı ilə bağlı qorxunc iddialar üzə çıxdı - Xəstələrə iynə vuraraq...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyəli mərhum müğənni "Güllü"nün (Gül Tut) qızı Tuğyan Ülkəm Gülterin tibb bacısı işlədiyi dövrdə xəstələrə qarşı davranışı ilə bağlı ciddi iddialar irəli sürülüb. Yalovada baş verən hadisələrlə əlaqədar məhkəmə və inzibati araşdırmalara başlanılıb.
Milli.Az xəbər verir ki, Türkiyə mediasına istinadla xəbər verir ki, Gülterin keçmiş nişanlısı Kərvan Eminoğlu Yalova Baş Prokurorluğuna şikayət ərizəsi təqdim edib və iddialarla bağlı bəzi görüntüləri istintaqa verib.
Şikayətdə Gülterin bəzi xəstələrə yatırtmaq məqsədilə iynə vurduğu, xəstəxananın təmizlik işçilərinə xəstələr üzərində ürək-ağciyər reanimasiyasını (ürək masajı) necə həyata keçirməyi öyrətdiyi iddia olunur. Həmçinin reanimasiya şöbəsində müalicə alan xəstələrə qarşı qeyri-etik davranışlar sərgilədiyi və ölən bəzi xəstələrin ölüm vaxtlarını dəyişdirdiyi də irəli sürülüb.
Yalova Vilayət Səhiyyə İdarəsi məsələ ilə bağlı açıqlama yayaraq, özəl tibb müəssisəsinin keçmiş əməkdaşının fəaliyyəti barədə yayılan iddialar əsasında məhkəmə və inzibati araşdırmaların başladıldığını bildirib.
Qeyd edək ki, Tuğyan Ülkəm Gülter anası "Güllü"nün ölümü ilə bağlı iş üzrə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib. Xəstəxanada baş verdiyi iddia olunan hadisələrlə bağlı araşdırmalar isə davam edir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İsraildə seçkilərin ilkin nəticələri: Netanyahu irəlidədir
-
Məşhur aktyor vəfat etdi - (Foto)
-
Prezidenti İlham Əliyev: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir
-
Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev Petr Paveli təbrik edib
-
Xalq artisti: “Heç vaxt ərə gedib, başqa kişidən uşaq doğmaram” (Video)
-
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
-
Prezident İlham Əliyev: Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir
-
Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
-
“Güllü”nün qızı ilə bağlı qorxunc iddialar üzə çıxdı - Xəstələrə iynə vuraraq...
-
Prezident İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
-
Xaçmazda avtomobil piyadanı vurub öldürdü
-
Özünü vergi əməkdaşı kimi təqdim edərək sahibkardan 500 manat aldı - (Video)
-
Tramp Cinpinlə görüşəcək
-
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
-
Yamalın atası hava limanında aləmi bir-birinə qatdı
-
İstanbulda dörd mərtəbəli bina çökdü
-
Ukrayna Rusiya ordusunun itkilərini açıqladı
-
Azərbaycan nefti 4 faiz ucuzlaşdı
-
"Barselona" Xulian Alvaresə görə cərimələndi
-
Təbii qazın qiyməti artdı
-
Kıvanç Tatlıtuğun qarınlı halı süni intellekt deyilmiş... (Video)
-
Diktə edəcək kimsə yoxdur: Bakı özgə qərarlar dövrünü bağladı
-
Akif Beybutov vəfat etdi





