Şou-biznes

Azərbaycan əsilli rejissor barəsində həbs qərarı verildi - (Foto)

28 Oktyabr 2026 11:58
Baxış: 447
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Tehran İnqilab Məhkəməsi tanınmış Azərbaycan əsilli rejissor Cəfər Pənahiyə beş il bir ay həbs cəzası və əmlakının müsadirə edilməsi barədə hökm çıxarıb.

Milli.Az xəbər verir ki, Variety jurnalının Emtedad xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Pənahinin iki il müddətinə sosial mediadan istifadə etməsi və iki il müddətinə xaricə səyahət etməsi qadağan edilib. 

Kinorejissora qarşı irəli sürülən ittihamların nədən ibarət olduğu isə açıqlanmayıb.

Xatırladaq ki, 2025-ci ildə C.Pənahinin "Sadə təsadüf" filmi "Kann" kinofestivalının baş mükafatı olan "Qızıl palma budağı"na layiq görülüb. Film həmçinin "Ən yaxşı xarici film" və "Ən yaxşı orijinal ssenari" kateqoriyalarında "Oskar" mükafatına namizəd olub. 

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.