Siyasət

Peter Pelleqrini İlham Əliyevə məktub ünvanlayıb

6 Mart 2026 23:39
Baxış: 325

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Naxçıvan Muxtar Respublikasında mülki infrastruktura qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilmiş hücum, həmçinin mülki əhalini təhlükə altına qoyan bu hadisə ilə əlaqədar Slovakiya Respublikası adından və şəxsən öz adımdan səmimi həmrəyliyimi bildirmək istəyirəm.

Biz bu hücumu qətiyyətlə pisləyirik. Bu cür davranış qəbuledilməzdir, beynəlxalq hüququn pozulmasıdır və vəziyyətin daha da gərginləşməsi riskini təhlükəli şəkildə artırır.

Slovakiya Respublikası gərginliyin azaldılmasına və məsələnin sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir.

Eyni zamanda, icazə verin, Tehrandan təxliyə olunmuş diplomatlarımıza göstərdiyiniz yardıma və qonaqpərvərliyə görə hakimiyyət orqanlarınıza səmimi təşəkkürümü bildirim. Bu çətin vəziyyətdə hakimiyyət orqanlarınızın göstərdiyi dəstəyi yüksək qiymətləndiririk.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.