Televiziyada yayımlanan xəbər proqramlarından birində maraqlı və gülməli anlar yaşanıb.
Milli.Az xəbər verir ki, veriliş zamanı atasının şəklini çəkən balaca studiyadakı aparıcıların gülüşünə səbəb olub. Uşağın rəsminin təqdim olunması efirdə əyləncəli anların yaranmasına gətirib çıxarıb.
Balaca atasının saç düzümünü qələmə alaraq ona bənzətməyə çalışıb. Bu da aparıcıları gülmə krizinə salıb.
Həmin görüntülər sosial şəbəkələrdə də sürətlə yayılıb. Paylaşım izləyicilərin gülüşünə səbəb olub və qısa zamanda gündəm mövzusuna çevrilib.
Musa
Milli.Az





