Cəmiyyət

Mart ayının pensiyaları ÖDƏNİLDİ

6 Mart 2026 10:06
Baxış: 924
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qarşıdan gələn bayramlarla əlaqədar bu ay pensiya, müavinət və təqaüdlərin qrafikdən əvvəl ödənilməsi başlanılıb.

Milli.Az xəbər verir ki, bu gün Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları ödənilib.

Qeyd edək ki, Novruz və Ramazan bayramları ərəfəsində ölkəmizin digər bölgələri üzrə pensiyaların və güzəştli şərtlərlə pensiya təyin edilən şəxslərin pensiyalarının ödənişi planlaşdırılır.

Eyni zamanda mart ayının müavinət və təqaüdlərinin də qrafikdən əvvəl olmaqla Novruz və Ramazan bayramlarına qədər ödənilməsi nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.