Siyasət

İlham Əliyev Çexiyanın Baş nazirinə minnətdarlığını bildirib

6 Mart 2026 21:46
Baxış: 357

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İranın Naxçıvana dron hücumlarından sonra Azərbaycana verdiyi dəstəyə görə Çex Respublikasının Baş naziri Andrey Babişə minnətdarlığını bildirib.

Milli.Az xəbər verir ki, Prezidentin "X" hesabında bununla bağlı paylaşım edilib.

Paylaşımda deyilir: "İran dövlətinin Azərbaycan ərazisinə dron hücumlarından sonra Çex Respublikasının nümayiş etdirdiyi güclü dəstək və həmrəylik mesajına görə Baş nazir cənab Andrey Babişə dərin minnətdarlığımı bildirirəm.

Bu bəyanat Azərbaycan ilə Çexiya arasında dostluq məcrasında inkişaf edən sıx münasibətlərin və beynəlxalq hüquqa sadiqliyin parlaq təcəssümüdür".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.