Siyasət

Konqresdə Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə irəli sürülmüş qanun layihəsinə yeni həmmüəllif əlavə olunub

6 Mart 2026 21:15
Baxış: 543

ABŞ Konqresində Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə irəli sürülmüş qanun layihəsinə yeni həmmüəllif əlavə olunub.

Milli.Az xəbər verir ki, həmmüəllif Abraham Hamade Nümayəndələr Palatasının Çikaqo üzrə üzvüdür və Respublikaçılar Partiyasını təmsil edir.

"Azərbaycana qarşı yardım məhdudiyyətlərini ləğvi" adlı bağlı qanun layihəsi Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Luna Anna Paulina tərəfindən 2025-ci il dekabrın 9-da Konqresə təqdim edilib.

Qanun layihəsinə əsasən, Azadlığa Dəstək Aktının 907-ci maddəsi ləğv edilir və qanunun mündəricatında həmin maddə ilə əlaqəli bənd çıxarılır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.