Ustad sənətkar Hacıbaba Hüseynovun əziz xatirəsinə həsr olunmuş "Nadir muğam gecəsi" keçirilib – FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Nadir Events"in təşkilatçılığı ilə görkəmli xanəndə, ustad sənətkar Hacıbaba Hüseynovun əziz xatirəsinə həsr olunmuş "Nadir muğam gecəsi" keçirilib.
Muğamsevərlərin böyük marağına səbəb olan gecədə sənət dünyasının tanınmış simaları bir araya gəlib. Hüseynağa Aslanovun təqdimatında baş tutan konsert proqramında Xalq artistləri Simarə İmanova, Zabit Nəbizadə, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artist Zakir Əliyev, eləcə də tanınmış solistlər Elgiz Əliyev, Vəfa Vəzirova, Məmməd Nəcəfov, Rövşən Bəşirov, Mütəllim Dəmirov və Hüseyn Məlikov çıxış ediblər.
İfaçıları Xalq artisti Elçin Həşimovun (tar) və Əməkdar artist Elnur Əhmədovun (kamança) rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblı, habelə Altay Niftəliyev (tar) və Xəyyam Məmmədov (kamança) müşayiət edib.
Gecənin repertuarı Hacıbaba Hüseynovun zəngin irsinə uyğun olaraq rəngarəngliyi ilə seçilib. Tamaşaçılar sənətkarların ifasında "Segah", "Bayatı-Şiraz", "Çahargah" və "Rast" muğamlarından parçaları, dərin fəlsəfi təsnifləri və hər zaman sevilən "Ay Dilbər" xalq mahnısını böyük rəğbətlə dinləyiblər.
Ustad xanəndənin sənət yoluna ehtiramın ifadəsi olan bu musiqi axşamı klassik irsin yaşadılması və gənc nəslə ötürülməsi baxımından əlamətdar hadisə kimi yadda qalıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Zəfər Gününə həsr olunmuş “Zəfərimizin sədası” adlı sosial-mədəni tədbir keçirilib - (Foto)
-
Tanınmış rəqqasə Təranə Muradovanın nəvəsinin Azerbaijan Dance Festival-da parlaq debütü - (Video/Foto)
-
8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edildi - (Foto)
-
Fırçadan rəqəmsal dünyaya: TikTok-da sənəti ilə fərqlənən azərbaycanlı rəssamlar
-
Fidan Hacıyeva Parisdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert haqqında danışıb - (Foto)
-
“Bakıda olduğum üçün çox xoşbəxtəm”: Devid Qarrettin virtuoz skripkası, rok hitləri və simfonik enerjisi
XƏBƏR LENTİ
-
Bu bürclərin qayınanaları ilə yola getmək çox çətindir
-
Payızda yatmazdan əvvəl bunları edin – Səhərə gümrah oyanmağın yolları
-
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
-
Nə sirkə, nə də soda: Pestit qalıqlarını dərhal yox edir
-
Ferrari ilk elektrikli avtomobilində bunlara üstünlük verib - (Foto)
-
Nə qara, nə də yaşıl: Ən sağlam zeytun növü açıqlandı
-
Dünyanın ən güclü adamı niyə gəzə bilmir? - (Foto)
-
Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
-
Ermənistan əhalisinin 30%-i prezidenti tanımır
-
Günün qoroskopu: Xərclərinizdə ölçülü olmağınız məsləhətdir
-
Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirilib - təfərrüat - (Video)
-
Vernidub qələbələrin sirrini açıqladı
-
Toral Bayramov Türkiyədə avtoqol vurdu - (Video)
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - (Video)
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
-
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - Yenilənib - (Video)
-
Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)
-
Dövlət qərarlarının ikinci imzası: ictimai etimad





