Bəzi güclü məişət cihazlarını uzatma kabelinə qoşmaq qızma və yanğın riskini artırır.
Milli.Az xəbər verir ki, energetika üzrə ekspertlərin sözlərinə görə, uzadıcı kabellər müəyyən enerji gücü üçün nəzərdə tutulur və yüksək güc tələb edən avadanlıqlar kabeli həddindən artıq yükləyə bilər.
Aşağıdakı cihazların uzatma kabelinə qoşulması tövsiyə edilmir:
1. Mikrodalğalı soba
Qısa müddətdə yüksək enerji sərf etdiyi üçün gərginlik sıçrayışı yarada və kabeli yükləyə bilər.
2. Soyuducu
Gün ərzində davamlı işlədiyi və tez-tez qoşulub-söndüyü üçün uzatma kabelində qızmaya səbəb ola bilər.
3. Elektrik çaydanı
Suyu tez qaynatmaq üçün yüksək cərəyan tələb edir və uzadıcıda həddindən artıq qızma yarada bilər.
4. Paltaryuyan maşın
Xüsusilə su qızdırma mərhələsində 2000-2500 vat və daha çox enerji sərf edir, buna görə birbaşa rozetkaya qoşulmalıdır.
5. Elektrik qızdırıcısı
Uzun müddət yüksək gücdə işlədiyi üçün uzatma kabeli ilə istifadə edilməsi təhlükəli sayılır.
Mütəxəssislər yüksək enerji tələb edən cihazların birbaşa divar rozetkasına qoşulmasını və elektrik təhlükəsizliyi qaydalarına riayət edilməsini tövsiyə edirlər.
Milli.Az





