Hadisə

"Bu, bizim siyasətimizdir" - İran XİN müavini

5 Mart 2026 15:03
Baxış: 2 199
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran XİN rəsmisi bildirib ki, Tehran qonşu ölkələri hədəf almır və yalnız İrana qarşı istifadə edilən hərbi bazalara zərbə endirir.

Milli.Az xəbər verir ki, İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi Azərbaycanın "AnewZ" kanalına verdiyi müsahibədə İranın Azərbaycana zərbə endirmədiyini bildirib.

Biz qonşu ölkələri hədəf almırıq. İranın siyasəti yalnız ABŞ və sionist rejimlər də daxil olmaqla, bölgədə fəaliyyət göstərən və İran mülki əhalisinə hücum etmək üçün istifadə edilən düşmənlərin hərbi bazalarına zərbə endirməkdir.

Biz əvvəldən bildirmişik: əgər bölgədə İrana hücum etmək üçün istifadə edilən hər hansı bir hərbi baza varsa, biz onları vuracağıq. Bu, bizim siyasətimizdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.