Əti əsla bu paketdə dondurmayın: səbəb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir çoxumuz mağazadan aldığımız əti elə öz qablaşdırmasında - yəni altındakı köpük (penoplast) qab və üzərindəki nazik plyonka ilə birbaşa dondurucuya qoyuruq. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu, həm sağlamlıq, həm də ətin keyfiyyəti baxımından yanlışdır.
Milli.Az köpük qabların (penoplast) zərərlərini araşdırıb.
Mağaza qablaşdırmaları dondurulmaq üçün deyil, qısa müddətli soyutma üçün nəzərdə tutulub. Plyonka tam hava keçirməz (hermetik) deyil. Bu isə ətin üzərində "dondurucu yanığı" (freezer burn) yaranmasına, dad və keyfiyyət itkisinə səbəb olur.
Köpük qablar sıfırdan aşağı temperaturda kövrəkləşir və çatlayır. Nəticədə ət xarici maddələrlə təmas edə bilər.
Donma zamanı qabın quruluşu pozulduğu üçün, ət əriyərkən bakteriya yayan suların sızma ehtimalı artır.
Əti düzgün dondurmağın qaydaları:
Əti mağaza qabından çıxarın. Dondurucu üçün xüsusi olan paketlərə (ziplock) və ya vakuum torbalarına qoyun.
Paketin içindəki havanı maksimum dərəcədə boşaldın. Bu, ətin qurumasının və buzlanmasının qarşısını alacaq.
Əti bir dəfəyə bişirəcəyiniz miqdarda dondurun. Unutmayın ki, ərimiş əti təkrar dondurmaq olmaz.
Paketin üzərinə mütləq dondurulduğu tarixi yazın.
Əti dondurucunun qapı tərəfinə deyil, temperaturun ən stabil olduğu arxa hissələrinə yerləşdirin.
Saxlama müddətləri:
Mal və ya quzu əti: 4-12 ay.
Qiymə: 3-4 ay.
Toyuq əti: 9-12 ay.
Əti bişirməzdən əvvəl rəngində dəyişiklik, sürüşkən tekstura və ya qəribə qoxu olub-olmadığını mütləq yoxlayın.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
WC qısaltmasının tarixi: 19-cu əsrin gigiyena inqilabından gələn simvol
-
"Eşref" arıqladı - (Foto)
-
Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: riskləri - (Video)
-
Günün qoroskopu: Daxili səsiniz bu gün daha dərin qatlardan danışacaq
-
Brilyant niyə dəyərdən düşür? - (Video)
-
Top arxasınca qaçan uşağı avtomobil vurdu - təfərrüat - (Video)
XƏBƏR LENTİ
-
Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanılıb
-
WC qısaltmasının tarixi: 19-cu əsrin gigiyena inqilabından gələn simvol
-
"Eşref" arıqladı - (Foto)
-
Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: riskləri - (Video)
-
Günün qoroskopu: Daxili səsiniz bu gün daha dərin qatlardan danışacaq
-
UEFA Çempionlar Liqası: “Qalatasaray” “Aston Villa”nı məğlub edib
-
Brilyant niyə dəyərdən düşür? - (Video)
-
"Anam bibimin arzusunu gerçəkləşdirdi" - Manana Çaparidze
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi
-
Balakəndə 66 kişi bıçaqlandı - qardaşı saxlanıldı
-
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 5 hərbçi şəhid olub - Yenilənib
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Yenilənib
-
Yardımlıda itkin düşən şagirdin meyiti körpünün altından tapıldı - (Foto)
-
Məsmə Əliyevaya vəzifə verildi
-
Əməkdar müəllim Məhəbbət Əliyeva vəfat etdi
-
Top arxasınca qaçan uşağı avtomobil vurdu - təfərrüat - (Video)
-
“Dolabdan o, mənə baxır, mən də ona” - Zülfiyyə Xanbabayeva
-
"Qarabağ" Julio Romaonu qaytarmaq istəyir
-
Vəfat edən DSX əsgərinin fotosu - Yenilənib
-
Səhiyyə nazirinə yeni müşaviri təyin edildi
-
“Sabah” La Liqa səviyyəsində komandadır” - Hansi Flik
-
Türkiyədə 4,5 ballıq zəlzələ oldu
-
"Oğlum məmurdur, imkan vermərəm oxusun" - Ağadadaş Ağayev





