İtaliyanın "Fiorentina" futbol klubunun prezidenti Rokko Kommiso 77 yaşında vəfat edib.
Milli.Az xəbər verir ki, məlumat klubun mətbuat xidməti tərəfindən yayılıb.
Bildirilib ki, Rokko Kommiso uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Klub rəhbərliyi onun xatirəsinin əbədiləşdirilməsi məqsədilə "Fiorentina"nın "Viola Park" məşq mərkəzinə Kommisonun adının veriləcəyini açıqlayıb.
Qeyd edək ki, Rokko Kommiso 2019-cu ildə "Fiorentina" klubunu satın alaraq prezident vəzifəsinə başlamışdı. Onun rəhbərliyi dövründə klub iki dəfə Konfrans Liqasının finalına (2023, 2024) yüksəlib, həmçinin 2023-cü ildə İtaliya Kubokunun finalında iştirak edib.
Milli.Az





