Cəmiyyət

Bu gündən iki marşrutda gedişhaqqı bahalaşdı

17 Yanvar 2026 09:39
Baxış: 801
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gündən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılaraq 90 qəpik təşkil edəcək.

Milli.Az xəbər verir ki, 594 və 595 nömrəli marşrutlar artıq əsas müntəzəm xətlərə alternativ kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, ekspres marşrutlarında qiymət müntəzəm marşrutlardan daha yüksək təyin olunur.

Xatırladaq ki, 594 və 595 nömrəli ekspres marşrutlarında "Neoplan" markalı müasir avtobuslar fəaliyyət göstərir.

Ayxan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.