Dünya

Samvel Karapetyan barəsində qərar verildi

17 Yanvar 2026 11:45
Baxış: 292
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya vətəndaşı olan erməni iş adamı Samvel Karapetyan barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Milli.Az xəbər verir ki, bu barədə onun vəkili Aram Vardevanyan məlumat verib.

Vəkilin sözlərinə görə, 14 saat davam edən məhkəmə iclası başa çatıb və məhkəmə Karapetyan barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti rədd edib.

Nəticədə, ev dustaqlığı qərarı verilib.

Qeyd edək ki, ötən ilin iyununda Ermənistan məhkəməsində Karapetyana qarşı "hakimiyyəti zorla ələ keçirməyə açıq çağırış" maddəsi üzrə ittiham irəli sürülüb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.