Ölkə

Biləsuvarda işıq olmayacaq

17 Yanvar 2026 09:20
Baxış: 252
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yanvarın 17-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 11 saylı 10 kV-luq hava xəttində təmir işi aparılacaq.

"Azərişıq"dan Milli.Az-a verilən məlumata görə, yarımstansiyada həyata keçirilən gücləndirmə işləri ilə əlaqədar saat 11:00-dan 13:00-dək şəhər ərazisində Mübariz İbrahimov, Nizami, Mirzə Ələkbər Sabir, Tofiq İsmayılov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.