Sağlamlıq

Uşaqlar çox sevir amma sağlamlıq üçün təhlükəlidir - Valideynlər diqqət!

17 Yanvar 2026 05:05
Baxış: 285
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mütəxəssislər bəzi qida və içkilərin uşaqlar üçün sağlamlıq riskləri daşıya biləcəyini xəbərdarlıq edirlər.

Milli.Az xəbər verir ki, onların siyahısında xüsusilə aşağıdakı məhsullar yer alır:

1. Jelibon
Bəzi jelibonlarda afrodizyak maddələr aşkar edilib. Bu məhsulları uşaqlar yedikdə erkən yeniyetməliyə giriş və diqqət əskikliyi kimi problemlər yarana bilər.

2. Sürpriz yumurta
İçindəki plastik oyuncaq və əlavə qatqı maddələri səbəbindən sağlamlığa təsir riski daşıyır.

3. Dondurma
Ekspertlər yerli brendlərin və keçi südü tərkibli, qatqı maddəsi olmayan dondurmalara üstünlük verməyi tövsiyə edirlər. Xaricdən gətirilən dondurmaların tərkibini bilmək isə çətin olur.

4. Şəkər Pambıqlar
Bu məhsullarda kimyəvi boyalar və yüksək miqdarda şəkər istifadə olunur ki, uşaqlar üçün zərərlidir.

5. "Bubble tea"
Tayvanda yaranmış bu içki orijinal variantında təhlükəsiz olsa da, ölkəmizdə satılan nüsxələrində kimyəvi maddələr və süni maddələr istifadə olunur.

Mütəxəssislər valideynlərə tövsiyə edirlər ki, uşaqların qida və içki seçimində tərkibi məlum olan və təbii məhsullara üstünlük verilsin.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.