İdman

Yamal “Real”la oyundan sonra formasını onunla dəyişdi - FOTO

12 May 2025 20:59
Baxış: 426
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın vingeri Lamin Yamal La Liqanın 35-ci turunun evdə "Real"a 4:3 hesabı ilə qalib gəldikləri oyundan sonra Kataloniya klubunun sabiq hücumçusu Tyerri Anri ilə görüşüb.

Publika.az xəbər verir ki, 17 yaşlı ispaniyalı ulduz və 47 yaşlı fransız əfsanə stadionun tunelində görüşüblər. Onlar bir-birlərinə imzalı formalarını hədiyyə ediblər.

Anri 2007-2010-cu illərdə "Barselona"da çıxış edib və klubla 7 kubok qazanıb. Yamal isə nu mövsümün 52 matçında 16 qol vurub və 24 məhsuldar ötürmə edib. (Publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.