Hadisə

Naxçıvanda avtobus avtomobillə toqquşdu - Xəsarət alanlar var

17 Yanvar 2026 16:10
Baxış: 292
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsində baş verib.

Belə ki, "KİA" markalı avtomobillə 9 nömrəli şəhərdaxili marşrutxətti üzrə hərəkət edən avtobus toqquşub.

Hadisə nəticəsində Naxçıvan şəhər sakinləri - 1987-ci il təvəllüdlü Abdullayeva Təhminə Qəhraman qızı, 1987-ci il təvəllüdlü Qafarova Lamiyə Rüfət qızı və 1981-ci il təvəllüdlü Vəliyeva Vəfa Hüseyn qızı xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının təcili şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.