Dünya

Mədə problemlərinin gizli səbəbi açıqlandı

3 Aprel 2026 05:05
Baxış: 279
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya əhalisinin təxminən yarısında rast gəlinən "Helicobacter pylori" infeksiyası mədə xərçəngi də daxil olmaqla bir sıra ciddi xəstəliklərin riskini artırır.

Milli.Az xəbər verir ki, bu barədə qastroenteroloq Malena Qarsiya Arredondo açıqlamasında bildirib.

Mütəxəssis qeyd edir ki, bu bakteriya ən geniş yayılmış xroniki infeksiyalardan biridir və insanların 40-50%-i onun daşıyıcısıdır. Lakin çox vaxt simptom vermədiyi üçün infeksiya gizli qalır.

Uzunmüddətli iltihab nəticəsində onikibarmaq bağırsaq xorası, atrofik qastrit, mədə xərçəngi və MALT limfoması kimi ağırlaşmalar yarana bilər.

Həkimin sözlərinə görə, infeksiya aşkar edildikdə antibiotiklər və turşuluğu azaldan dərmanlarla fərdiləşdirilmiş müalicə tətbiq olunur. Antibiotiklərə davamlılıq səbəbindən müalicə sxemi bəzən dəyişdirilir.

Qeyd edək ki, "Helicobacter pylori" 1982-ci ildə Barri Marşall və Robin Uorren tərəfindən kəşf olunub və bu kəşf 2005-ci ildə Nobel mükafatı ilə qiymətləndirilib.

Asya
Milli.Az 

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.