Hadisə

Şəmkirdə maşın betona çırpılıb, 2 nəfər xəsarət alıb - FOTO

17 Yanvar 2026 15:34
Baxış: 292
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 21011" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə, minik maşını yol kənarındakı beton maneyə çırpılıb.

Qəzadan sonra avtomobil deformasiyaya uğrayıb. Dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən xilasediciləri cəlb edilib. Avtomobildə sıxılmış vəziyyətdə qalan iki nəfər xilasedicilər tərəfindən çıxarılıb.

Xəsarət alan 2 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.