Cəmiyyət

Cəfər Cabbarlının büstünün restavrasiyasına başlanıldı - FOTO

17 Yanvar 2026 17:25
Baxış: 300
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəfər Cabbarlının adını daşıdığı Azərbaycanfilm kinostudiyasının həyətində yerləşən büstünün restavrasiyasına başlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə Kinostudiyadan məlumat verilib.

Bildirilib ki, büstün bərpası işlərinə Rəssamlıq Akademiyasının mütəxəssisləri cəlb olunur, növbəti mərhələdə ətrafda abadlıq işləri həyəta keçirilməsi nəzərdə tutulub.

"Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının bazasında "Kinopark" layihəsi inkişaf etdirilir və tezliklə yekunlaşacaq. Nəticədə burada onlarla kinoşirkəti əhatə edən, yüzlərlə insanın çalışacağı məkan formalaşacaq və kino sənayesinin müxtəlif qurumları burada cəmləşəcək", - məlumatda qeyd olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.