Cəmiyyət

Sükan arxasında oyun oynayan avtobus sürücüsü işdən çıxarıldı

17 Yanvar 2026 17:55
Baxış: 396
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə Bakıdan Gəncəyə yola düşən avtobusda sürücünün yol boyu dəfələrlə sükanı buraxaraq, hər iki əli ilə mobil telefonda oyun oynamasını əks etdirən görüntülər yayılıb. İddia olunub ki, sürücü nəqliyyat vasitəsini idarə etdiyi müddətdə diqqətini yoldan yayındıraraq həm özünün, həm də avtobusda olan sərnişinlərin həyatını real təhlükə altına atıb.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı AYNA-dan "Qafqazinfo"ya bildirilib ki, görüntü ilə əlaqədar AYNA-da araşdırma aparılıb.

"Məlum olub ki, "Uğurlu yol" MMC-yə məxsus 77-JK-411 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Namiq Cənnətovdur. Yol verdiyi kobud qayda pozuntusuna görə sürücü daşıyıcı şirkət tərəfindən artıq işdən çıxarılıb.

Qeyd edək ki, həmin sürücünün gələcəkdə digər marşrutlarda işlə təmin olunması məqsədəuyğun hesab edilmədiyindən, bütün daşıyıcılar bu barədə məlumatlandırılıb və onlara sərnişindaşıma norma və qaydalarına riayət edilməsi barədə bir daha tapşırıq verilib", - qurumdan bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.