Kriminal

Ağsuda meyiti tapılan qadın öldürülübmüş: saxlanılanlar var

27 Mart 2026 19:30
Baxış: 508
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağsuda baş verən qətlin üstü açılıb.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, martın 23-də Ağsu rayonunun Muradlı kəndi ərazisində əkin sahəsində zorakılıq əlamətləri olan qadın meyiti aşkarlanıb. 

Meyitin rayon sakini Zahirə Şükürovaya məxsus olması müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxslər - 49 yaşlı Əyyub Sahabov və həmyaşıdı Seymur Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. 

Araşdırmalarla müəyyən edilib ki, şübhəli şəxslər zərərçəkmişlə aralarında yaranmış mübahisə zəminində ona qarşı zor tətbiq edərək qətlə yetiriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.