İdman

“Lans” - PSJ oyunu təxirə salındı

26 Mart 2026 20:44
Baxış: 365
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa Liqa 1-in XXIX turunun "Lans" - PSJ oyunu təxirə salınıb.

Milli.Az xəbər verir ki, buna səbəb Paris klubunun UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində İngiltərə "Liverpul"u ilə matça daha yaxşı hazırlaşmasıdır.

"Lans" hazırda ölkə çempionluğu uğrunda PSJ-nin əsas rəqibidir və qarşı tərəfin təxirəsalma ilə bağlı təklifini qəbul etməmişdi. Buna baxmayaraq Fransa çempionatının təşkilatçıları "Lans""ın maraqlarını nəzərə almadan paytaxt təmsilçisinin xeyrinə qərar çıxarıblar.

Qeyd edək ki, "Lans"dan bir oyun az keçirən PSJ hazırda turnir cədvəlində 60 xalla ilk pillədədir. Liderdən bir xal az toplayan Lans şəhərinin eyniadlı təmsilçisi 2-ci sırada qərarlaşıb. ("Qafqazinfo")

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.