İran

SEPAH HDQ-nin kəşfiyyat idarəsinin rəisi öldürülüb

26 Mart 2026 18:01
Baxış: 428
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail Müdafiə Ordusu SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin (HDQ) kəşfiyyat idarəsinin rəisi Behnam Rezainin öldürüldüyünü açıqlayıb.

Milli.Az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Bildirilib ki, Behnam Rezai son səkkiz ildə bölməyə rəhbərlik edən SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri ilə birlikdə öldürülüb.

Bəyanatda iddia olunub ki, Əlirza Təngsirinin neft tankerlərinə və ticarət gəmilərinə hücumlarda əli olub, həmçinin o, Hörmüz boğazında sərbəst gəmiçiliyə təhdid yaradıb. ("Report")

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.