Hadisə

Polkovnik Tofiq Məmmədov qəfildən vəfat ETDİ

26 Mart 2026 14:30
Baxış: 834
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin formalaşmasında mühüm rol oynamış, ehtiyatda olan polkovnik Tofiq Məmmədov dünən qəfil ürək çatışmazlığından vəfat edib.

Milli.Az Oxu.az-a istinadla xəbər verir ki, T.Məmmədovun orduda mühüm xidmətləri olub.

O, əmək fəaliyyətinə Sovet dövründə başlayıb, Naxçıvan qarnizonu üzrə əks-kəşfiyyat şöbəsinin rəisi və Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində idarə rəisi vəzifələrində çalışıb. Sonrakı illərdə müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşmasında fəal iştirak edib, ordunun strukturlaşdırılması və peşəkar kadr potensialının yaradılmasında xidmətlər göstərib.

Tofiq Məmmədov həmçinin Kəşfiyyat İdarəsinin rəisi və Baş Qərargah rəisinin müavini vəzifələrində ölkənin hərbi təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində mühüm rol oynayıb. T.Məmmədov xidmətlərinə görə bir çox dövlət mükafatları və fəxri təltiflərə layiq görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.