Beyni cavan saxlayan pəhriz açıqlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynəlxalq alimlər qrupu MIND pəhrizinə riayət zamanı beynin daha gec qocaldığını müəyyən edib.
Milli.Az xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Neurology Neurosurgery & Psychiatry" (JNNP) elmi jurnalında dərc olunub.
Araşdırmada orta və yaşlı yaş qrupuna aid 1647 nəfər iştirak edib. Təxminən 12 il ərzində alimlər onların qidalanma rasionunu və MRT vasitəsilə beyin strukturunda baş verən dəyişiklikləri izləyiblər. Məlum olub ki, qidalanması MIND pəhrizinə daha yaxın olan iştirakçılar zamanla daha az beyin toxuması itiriblər.
Ən güclü təsir yaddaş, düşünmə və qərarverməyə cavabdeh olan boz maddələrdə müşahidə edilib. Bundan əlavə, belə şəxslərdə beynin atrofiya göstəricilərindən biri sayılan mədəciklərin (ventrikulların) genişlənməsi daha az olub.
Tədqiqatçıların qiymətləndirməsinə görə, pəhrizə riayət səviyyəsi fərqli olan iştirakçıların beyin vəziyyəti arasındakı fərq təxminən 2,5 illik qocalmaya bərabərdir.
MIND pəhrizi Aralıq dənizi pəhrizi və arterial təzyiqin azaldılmasına yönəlmiş DASH pəhrizinin prinsiplərini birləşdirir. Bu pəhriz tərəvəzlərin, giləmeyvələrin, qoz-fındığın, bütöv taxılların, balıq və quş ətinin yüksək miqdarda qəbulunu, eləcə də qırmızı ətin, qızardılmış qidaların və doymuş yağlarla zəngin məhsulların məhdudlaşdırılmasını nəzərdə tutur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Limon və portağalı geridə qoydu: Bir dənəsi gündəlik C vitamini ehtiyacını ödəyir
-
Vatsapda daha bir yenilik: Mətn mesajları da birdəfəlik olacaq
-
Polis “Sabah” – “Barselona” oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb - (Foto)
-
Yevlaxda baş vermiş ağır qəzada ölənlərdən birinin kimliyi məlum oldu - Yenilənib
-
Hans Flik: "Sabah" qəhrəmancasına mübarizə apardı"
-
Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim
-
Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır - Maka Boçorişvili
-
Əraqçi: İsrail ABŞ-ni daha bir müharibəyə cəlb etmək istəyir
-
Günün qoroskopu: Bu gün sözlərinizin çəkisi artacaq
-
Azərbaycanda qadın amansızca döyüldü: Pəncərəsi daşlandı - Yenilənib - (Foto)
-
Qaradağda palçıq vulkanı püskürdü - Yenilənib - (Video)
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub oldu - Yenilənib - (Video)
-
Nazirlər “Sabah” - “Barselona” oyununda - (Video)
-
Elmira Şabanovanın dəfn yeri açıqlandı - Yenilənib
-
Sabah Qəbələdə qaz olmayacaq
-
Əhməd Talıbov ADSEA-da yeni Aparat rəhbəri oldu
-
Masallıda musiqi müəllimləri və şagirdlər üçün ustad dərsləri keçirilib - (Foto)
-
Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB-dən rəsmi açıqlama
-
İsmayıllıda traktor iki hissəyə parçalandı, 4 yaralı var - (Foto)
-
Azərbaycanlı iş adamı Turqut Hüseynov beynəlxalq uğurlarından danışdı - (Foto/Video)
-
Eldəniz Zeynalovun ailəsinin faciəsi - Evləri satıldı, nəvəsi ağır vəziyyətdədir
-
Azərbaycan mobil internet sürətinə görə dünyada 47-ci yerdədir
-
“Hərbi-vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib - (Foto)
-
Küləklə bağlı xəbərdarlıq





