Bu suyu içmək məsləhət deyil: tərkibində zərərli bakteriyalar ola bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əgər bir stəkan su uzun müddət masa üzərində qalırsa, onu içməmək daha yaxşıdır.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, masada qalan su təhlükəsiz kimi görünsə də, bir neçə saatdan sonra onun tərkibi dəyişə bilər.
Dietoloqlar qeyd edirlər ki, 12 saat stəkanda qalan suyun içilməsi üçün maksimum müddətdir. Onların fikrincə, bakteriyalar əsasən havadan deyil, suyun özündən və krantdan qaynaqlanır. Araşdırmalar göstərib ki, içməli suda bakteriyaların miqdarı gecə artır. Nadir istifadə olunan krantlarda isə bakteriya səviyyəsi daha yüksək ola bilər.
Bu 12 saatdan sonra bakteriyalar aktiv şəkildə çoxalmağa başlaya bilər. Əgər siz əvvəlki axşamdan qalan suyu içmisinizsə, böyük ehtimalla problem olmaz. Lakin su bir gün ərzində qalıbsa, hətta filtrdən keçmiş olsa belə, yenisini içmək daha təhlükəsizdir.
Bundan əlavə, insan birbaşa butulkadan və ya stəkandan su içdikdə, ağızdan bakteriyalar suya keçə və orada çoxala bilər. Buna görə suyu dərhal içmək, saxlamamaq daha məqsədəuyğundur, xüsusilə də eyni qabı başqaları ilə bölüşürsünüzsə.
Suyun içilməməli olduğunu göstərən əlamətlər
Vizual əlamətlər:
• bulanıqlıq - su şəffaf deyil, "süd kimi" və ya bulanıq görünür;
• çöküntü və hissəciklər - dibində xırda hissəciklər, toz və ya pas olur;
• səthində plyonka - nazik yağlı və ya rəngli qat əmələ gəlir;
Qoxu:
• xoşagəlməz qoxu (küf, bataqlıq, çürümüş qoxu);
• kimyəvi qoxu (xlor, benzin, boya və s.);
Dad:
• acı, metal, turş, qeyri-adi duzlu və ya kəskin dad varsa, belə suyu içmək olmaz;
Digər əlamətlər:
• çirkli stəkan - üzərində qalıq, yemək izi və ya pomada ləkəsi;
• suyun mənbəyi məlum deyil - məsələn, kiminsə izah etmədən doldurduğu su. (Lent.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
-
Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
XƏBƏR LENTİ
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - Yenilənib
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
"Barselona"nın ən çox maaş verəcəyi futbolçu - (Foto)
-
"Yeraltı"nda yeni sima - (Foto)
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
"Liverpul" klub tarixinin ən bahalı transferini edir - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
-
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
-
Baş Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır
-
Vəfa Zeynalovanın digər qızı da xaricdə yaşayacaq - (Foto)





