Baş Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sentyabrın 13-də Bakı şəhərinin Xətai rayonunda yetkinlik yaşına çatmayan şəxsin ölməsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Baş Prokurorluqdan Milli.Az-a verilən xəbərə görə, ilkin araşdırma zamanı yeniyetmənin həyatına son qoymaq məqsədilə hündürmərtəbəli binadan özünü atdığı müəyyən edilib.
Bildirilib ki, hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində yeniyetmənin "Roblox" oyun platformasında qarşılaşdığı, onun psixoloji vəziyyətinə mənfi təsir göstərən zərərli məzmun və çağırışların təsiri nəticəsində bu addımı atdığı müəyyən olunub.
Qeyd edilib ki, hadisənin bütün səbəb və halları, o cümlədən yeniyetmənin istifadə etdiyi elektron qurğular vasitəsilə daxil olduğu internet resursları, qarşılaşdığı məzmunun xarakteri və həmin məzmunun onun psixoloji vəziyyətinə və davranışına mümkün təsirinin yoxlanılır.
"Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir. Baş Prokurorluq bu hadisəni uşaqların internet məkanı və sosial şəbəkələrdə qarşılaşa biləcəyi təhlükələrə, xüsusilə onların psixoloji vəziyyətinə və davranışlarına mənfi təsir göstərə bilən məzmun və çağırışlara qarşı diqqətin artırılmasının vacibliyini göstərən ciddi hal kimi qiymətləndirir. Valideynlər tərəfindən uşaqların internet və sosial platformalardan istifadəsinə xüsusi həssaslıqla yanaşılması, onların istifadə etdikləri elektron qurğulara, platformalara və daxil olduqları məzmuna nəzarəti gücləndirilməsi, elektron qurğuların təhlükəsizlik imkanlarından istifadə etməklə uşaqların onlayn fəaliyyətinin izlənilməsi vacibdir.
Eyni zamanda, uşaqların davranışında və gündəlik vərdişlərində baş verən dəyişikliklərə diqqət yetirilməsi, onları narahat edən və ya təsir altında saxlayan məzmun və çağırışların vaxtında müəyyənləşdirilməsi, belə hallarda uşaqlarla açıq və etibarlı ünsiyyət qurulması mühüm əhəmiyyət daşıyır. Valideynlər nəzərə almalıdırlar ki, internet və sosial şəbəkələrdə hər bir məzmun zərərsiz və əyləncə xarakteri daşımır. Yaş həddinə uyğun olmayan, psixoloji təsir göstərən və təhlükəli davranışlara sövq edə bilən məzmunlar uşaqlar üçün ciddi həyati risk yarada bilər. Bu səbəbdən onların virtual mühitdə təhlükəsizliyinin təmin edilməsi valideyn nəzarəti, diqqətli müşahidə və davamlı ünsiyyətlə müşayiət olunmalıdır. Baş Prokurorluq valideynləri və cəmiyyətin bütün üzvlərini uşaqların virtual mühitdə təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa, onları zərərli məzmun və təsirlərdən qorumaq üçün zəruri tədbirləri vaxtında görməyə çağırır", - məlumatda deyilir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Geyimlərimi həmin aktyora hədiyyə etdim" - Nadir Qafarzadə
-
"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
Manaf Ağayev qardaşının vəsiyyətini yerinə yetirdi
-
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafındakı evlər sökülür - Kompensasiyadan razıdırlar - (Video)
XƏBƏR LENTİ
-
Skandinav ölkələri buna görə tualet kağızı istifadə etmirlərmiş
-
Xalçadakı pis qoxudan qurtulmaq üçün üzərinə səpin - 30 dəqiqə gözləyin
-
"Geyimlərimi həmin aktyora hədiyyə etdim" - Nadir Qafarzadə
-
Qadınlarda qocalmanı ləngidən əlçatan məhsul
-
"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Evdə qalan köhnə telefonlar yanğına səbəb ola bilər - xəbərdarlıq
-
"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
-
Bazarlarda meyvə-tərəvəz bahalaşıb - (Video)
-
Manaf Ağayev qardaşının vəsiyyətini yerinə yetirdi
-
Günün qoroskopu: Rəhbərinizdən yaxşı xəbər gözləyə bilərsiniz
-
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafındakı evlər sökülür - Kompensasiyadan razıdırlar - (Video)
-
"Barselona" Keyn üçün 3 ulduzunu satışa çıxarır
-
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - (Foto)
-
Paytaxtın bu rayonlarında işıq olmayacaq
-
“Bu müharibə baş verərsə, heç kim qalib çıxmayacaq”
-
Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı – 100 illik yubiley gecəsi - (Foto)
-
Eliso Bolkvadze və Maya Tabaqari Akademik Milli Dram Teatrının qonağı olub - (Foto)
-
“Sənət dialoqu” layihəsi çərçivəsində Xaçmazda Xalq artisti Elçin Həşimovla görüş keçirilib - (Foto)
-
Ofelya Məmmədova vəfat etdi
-
Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Ceyhun Bayramovdan diqqətəlayiq jest - (Video)
-
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib





