Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) açıq mənbələr üzrə apardığı monitorinqdə ödəniş sistemlərini təqlid edən altı sayt və onları yayan hesablar aşkarlanıb.
Milli.Az xəbər verir ki, monitorinq zamanı "AzərPay", "Express Pay", "ExpersPay", "KonturPay", "million" və "PulPay" adlarından istifadə edən altı saxta internet resursu aşkar edilib. Sözügedən resurslarda "Azercell", "Bakcell" və "Nar" mobil operatorlarının ad və loqolarından istifadə edilməklə endirimli internet və danışıq paketləri təklif olunur. Saxta səhifələr real ödəniş xidməti göstərmir, əvəzində istifadəçidən bank kartı məlumatlarının daxil edilməsi tələb olunur.
MKA-nın araşdırması nəticəsində müəyyənləşib ki, qeyd olunan resurslar eyni yanaşma əsasında hazırlanıb. Saxta saytlarla yanaşı, onları tanıtmaq üçün "TikTok" platformasında hesablar yaradılıb və həmin hesabların paylaşımları ödənişli reklam vasitəsilə yayımlanıb. Reklam materiallarında "Ad", "Learn more" və "Shop now" bölmələrinin yer alması ödənişli tanıtım mexanizmindən istifadə edildiyini göstərir. Araşdırma zamanı müəyyənləşib ki, saxta resurslarda istifadə olunan reklam materialları da eyni şablon və struktur əsasında hazırlanıb. Materiallarda müxtəlif mobil operatorların loqoları, paket cədvəlləri və "Yay kampaniyası", "Payız kampaniyası" kimi mövsümi ifadələrdən istifadə olunub, əsasən isə yalnız brend elementləri və rənglər dəyişdirilib. Saxta resurslardan birində bank brendi olan "Expressbank"ın ad və vizual üslubundan da istifadə edilib.
MKA-nın qiymətləndirməsinə əsasən, aşkarlanan hallar ayrı-ayrı insidentlər deyil, eyni şablon və reklam mexanizmi əsasında qurulmuş vahid fişinq şəbəkəsinin elementləridir. Bu səbəbdən yalnız ayrı-ayrı domenlərin bloklanması şəbəkənin fəaliyyətini tam dayandırmaya bilər. Belə ki, mövcud resursların əvəzinə eyni yanaşma ilə yeni domen və hesabların yaradılması mümkündür.
MKA vətəndaşlara internet və mobil rabitə paketləri ilə bağlı təklifləri yalnız müvafiq şirkətlərin rəsmi internet resursları və sosial media hesabları üzərindən yoxlamağı, tanımadıqları keçidlərdə bank kartı məlumatlarını paylaşmamağı tövsiyə edir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Yeraltı"nda yeni sima - (Foto)
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
-
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
XƏBƏR LENTİ
-
"Yeraltı"nda yeni sima - (Foto)
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
"Liverpul" klub tarixinin ən bahalı transferini edir - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
-
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
-
Baş Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır
-
Vəfa Zeynalovanın digər qızı da xaricdə yaşayacaq - (Foto)
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
"Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
"Neftçi"də yeni müqavilə
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
-
Ağdam-Ağcabədi yolunun kənarında yanğın
-
Əli Əsədov yeni qərar imzaladı
-
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
-
Almaniyada Cessna təyyarəsi tarlaya düşdü
-
Park Cinema artıq “Sea Breeze”də!
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
Çexiya millisinin keçmiş qapıçısı vəfat etdi
-
Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub





