Dünya

633 şagird norovirusdan zəhərlənib

26 Mart 2026 17:15
Baxış: 321
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın Osaka prefekturasının Kumatori şəhərindəki 8 məktəbdə 633 şagird və işçi qida zəhərlənməsi simptomları barədə məlumat verib.

Milli.Az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, zəhərlənmə halları martın 19-dan başlayıb. Məktəblərin şagird və işçi heyətində ishal və qusma da daxil olmaqla ardıcıl olaraq simptomlar inkişaf edib. Yerli səhiyyə mərkəzi yoluxmuş şagirdlərin bəzilərində norovirus aşkar edib.

Eyni virus şəhərdəki bütün ibtidai və orta məktəblərə günorta yeməyi üçün çörək tədarük edən şirkətin işçilərində də aşkar edilib.

İctimai səhiyyə mərkəzi epidemiyanın çörəkdən qaynaqlandığını müəyyən edib. Çörək istehsal edən müəssisənin fəaliyyəti 5 günlük dayandırılıb./Trend.Az

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.