Hadisə, Kriminal

"Qanuni oğru" olduğu üçün həbs olundu, şikayəti də RƏDD EDİLDİ

26 Mart 2026 21:15
Baxış: 380
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Martın 24-də Rusiyada Ümumi yurisdiksiya üzrə İkinci Apellyasiya Məhkəməsi Stepan Furmanın işi üzrə apellyasiya şikayətinə baxıb.

Milli.Az xəbər verir ki, o, Cinayət Məcəlləsinin 210.1-ci maddəsi (cinayət iyerarxiyasında yüksək mövqe tutma) ilə ittiham olunub.

Murmansk vilayət məhkəməsi dövlət ittihamçısının mövqeyi ilə razılaşaraq Furmana 9 il müddətinə ciddi rejimli müəssisədə həbs cəzası və azadlığa çıxdıqdan sonra 1 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Hökmlə razılaşmayan Furman onu apellyasiya qaydasında şikayət etməyə çalışıb. İkinci Apellyasiya Məhkəməsində keçirilən iclasda onun 5 vəkili iştirak edib.

İclasın materiallarına əsasən, məhkəmə qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.

İttihama görə, hazırda 62 yaşı olan Furman cinayət iyerarxiyasında yüksək mövqeyi hələ 1990-cı illərdə tutub.

Murmansk vilayət prokurorluğundan bildirilib: "Dövlət ittihamçısı sübut edib ki, 1994-cü ildə kriminal ənənələrə uyğun keçirilən prosedurdan sonra həmin şəxs "qanuni oğru" elan edilib. Furman kriminal strukturun aşağı pillələrinə şəxslər təyin edir, kriminal aləmin ehtiyacları üçün pul yığılmasını nəzarətdə saxlayır, mübahisəli məsələləri həll edir və intizam tədbirləri həyata keçirirmiş".

Furmana qarşı cinayət işi hələ 2019-cu ildə açılsa da, o, dərhal xaricə qaçdığı üçün onu həmin vaxt saxlamaq mümkün olmayıb. Çernoqoriya vasitəsilə Portuqaliyaya keçən Furman 2022-ci ildə oradan Rusiyaya ekstradisiya edilib.

31 yanvar 2024-cü ildə Murmansk vilayət məhkəməsində andlılar məhkəməsi Stepan Furmanı bəraət qazandırıb. Bu qərarla razılaşmayan prokurorluq apellyasiya şikayəti verib. Həmin ilin mayında isə məlum olub ki, məhkəmə prosesi hələ yekunlaşmamış Furman Rusiya-Qazaxıstan sərhədini keçməyə cəhd edib, lakin Samara vilayətinin cinayət axtarışı əməkdaşları tərəfindən saxlanılıb. (Lent.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.