Hərbçilərə maaşdan əlavə hansı ödənişlər verilir? – Siyahı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda hərbi qulluqçulara aylıq maaşlardan əlavə müxtəlif pul təminatı növləri verilir.
Milli.Az-ın məlumatına görə, bu əlavələr 1992-ci il yanvarın 1-də müəyyən edilmiş faiz miqdarı normaları məbləğində hesablanır.
Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən aşağıdakı pul təminatı növləri təsdiq edilib:
zabit vəzifəli heyətə, gizirlərə, miçmanlara və müddətindən artıq xidməti hərbi qulluqçulara uzun müddət xidmətə görə verilən faiz əlavəsi;
bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə;
elmi ad və elmi dərəcə üçün faiz əlavəsi;
kursant vəzifəsi üçün əlavə;
paraşütlə tullanmaq üçün pul mükafatı;
dalğıc işləri üçün pul mükafatı;
hərbi gəmilərdə, gəmilərdə və gəmi birləşmələri idarələrində uzun müddət və fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı;
hava-desant qoşunlarında fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı;
hərbi təhsil müəssisələrini bitirən məzunlara birdəfəlik verilən pul mükafatı;
dənizçilər üçün pul təminatı;
döyüş növbətçiliyində olanlar üçün pul mükafatı;
qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı;
müddətli xidmət hərbi qulluqçuları üçün tütün məmulatı əvəzinə verilən pul təminatı;
şifrləmə işində fasiləsiz xidmət etməyə görə üstəlik verilən pul əlavəsi;
xarici dilləri bildiyi üçün üstəlik verilən pul əlavəsi;
gizirlərə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara ilkin ailə şəraiti yaratmaq üçün birdəfəlik pul müavinəti;
hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım;
Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi;
hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri;
xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri;
gündəlik və mənzildə yaşamaq xərcləri;
səhrada (çöldə) xidmətetmə pulu;
ev kirayəetmə pulu.
Qeyd edək ki, Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və yuxarıda nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. (Trend)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dərzilərin ütüsüz geyimləri "ülgüc" kimi düz etmə üsulu
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
-
Prezident: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik





