Hadisə

“Artıq ölüm hökmü verilib, yaxında gəbərəcəksən” - Səidə Bəkirqızı ölümlə təhdid edildi - FOTO

27 Mart 2026 12:56
Baxış: 2 309
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış aparıcı Səidə Bəkirqızı ölümlə hədələnib.

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, sosial şəbəkədə Tamerlan Nəsirli adlı şəxs S. Bəkirqızına ard-arda ölüm təhdidlərinin yer aldığı mesajlar göndərib.

Hətta o, tanınmış jurnalisti "Artıq ölüm hökmü verilib, yaxında gəbərəcəksən" ifadələri ilə təhdid edib.

Bundan əlavə, sözügedən şəxsin Lənkəran rayon sakini olduğu məlum olub.

Mesajlaşma zamanı o, S. Bəkirqızına "Lənkəran bayraq meydanına gəl", deyə, bildirib. S. Bəkirqızının T. Nəsirli tərəfindən ölüm təhdidlərinə məruz qalmasına səbəbin İranla bağlı çıxışları olduğu ehtimal edilir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.