İdman

Tofiq Musayev növbəti UFC döyüşünə çıxır

28 Mart 2026 19:02
Baxış: 399
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın Mütləq Döyüş Çempionatındakı (UFC) təmsilçisi Tofiq Musayev növbəti döyüşünü keçirəcək.

Milli.Az xəbər verir ki, 36 yaşlı idmançı martın 28-dən 29-na keçən gecə ABŞ-nin Sietl şəhərində təşkil olunacaq turnirdə oktaqona çıxacaq.

O, İqnasio Bahamondeslə (Çili) qarşılaşacaq. Qeyd edək ki, bu, Tofiq Musayevin UFC-də ikinci döyüşü olacaq. İdmançı ilk döyüşündə, ötən il iyunun 22-də Bakıda Mıktıbek Orolbaya (Qırğızıstan) uduzub. İqnasio Bahamondes də sonuncu dəfə Bakıdakı turnirdə təmsilçimiz Rafael Fiziyevə məğlub olub. ("Qafqazinfo")

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.