Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İki smartfondan eyni vaxtda istifadə sağlamlığa mənfi təsir göstərə və əl ilə bilək xəstəliklərinin yaranması riskini artıra bilər.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Amerikanın Uayt-Pleynsdəki İxtisaslaşmış Cərrahiyyə Xəstəxanasının əl terapiyası üzrə mütəxəssisi Nik Maroldi "The New York Times" nəşrinə bildirib.
Həkimin sözlərinə görə, iki smartfona sahib olmaq düzgün olmayan erqonomik vərdişlərin formalaşmasına və qadcetlərdən həddindən artıq istifadənin güclənməsinə səbəb olur. Nəticədə əllərə və oynaqlara düşən yük artır ki, bu da tendinitin, "tətik barmaq" xəstəliyinin (Nott xəstəliyi) və karpal tunel sindromunun inkişafına gətirib çıxara bilər.
Bir neçə smartfondan istifadə tendensiyası getdikcə daha qabarıq şəkildə müşahidə olunur. "The New York Times" qəzetinin Vorhaus Advisors şirkətinin araşdırmasına istinadən verdiyi məlumata görə, ABŞ-də iki smartfona sahib olanların payı 2024-cü ildəki 15 faizdən 2025-ci ildə 18 faizə yüksəlib.
Mütəxəssislər bu tendensiyanı iş və şəxsi həyatı bir-birindən ayırmaq istəyi ilə əlaqələndirirlər. "Electronic Frontier Foundation" fondunun kibertəhlükəsizlik direktoru Eva Qalperin qeyd edir ki, ayrı-ayrı cihazlardan istifadə əməkdaşlara iş və istirahət arasında balansı qorumağa kömək edir, işəgötürənlərə isə korporativ məlumatları daha etibarlı şəkildə mühafizə etməyə və əməkdaşların şəxsi məlumatlarına toxunmamağa imkan verir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
XƏBƏR LENTİ
-
Azərbaycanda vulkan püskürdü
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)





