Gəmiyə hücum zamanı yaralanan azərbaycanlıların sayı artdı - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azov dənizində Palau bayrağı altında üzən gəmiyə pilotsuz uçuş aparatı ilə endirilən zərbə nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının sayı dördə çatıb.
Milli.Az-ın məlumatına görə, hadisə zamanı xəsarət alan daha bir nəfər - gəminin bosmanı Rəşad Mədətxanov Yeysk Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Hazırda o, digər yaralılar Samid İbadzadə, Emin Valehov və Namiq Cəfərli ilə birlikdə eyni palatada müalicə alır.
Məlumata görə, yaralılar yenidən həkim müayinəsindən keçirilib. Emin Valehovun sağ qulağında problemlərin yarandığı bildirilir. Namiq Cəfərlinin hər iki qulağında eşitmə ilə bağlı narahatlıq olduğu qeyd olunub. Rəşad Mədətxanovun isə baş nahiyəsindən xəsarət aldığı açıqlanıb.
Hüquq-mühafizə orqanlarının nümayəndələri də yaralılarla görüşərək onların ifadələrini alıblar. Dindirilmə zamanı zərbənin bəzi təfərrüatları məlum olub.
Yaralıların sözlərinə görə, gəminin böyük mexaniki Qismət Əliyev pilotsuz uçuş aparatının zərbəsi nəticəsində ağır yanıq xəsarətləri alıb və həyatını itirib.
Gəminin kapitanı Fuad Orucovun isə hücum zamanı ayağının sındığı və ağır yaralandığı bildirilir. Məlumata görə, ona xilasedici jilet geyindirildikdən sonra suya endirilib. Yaralıların ifadəsinə əsasən, Fuad Orucov da hadisə nəticəsində həlak olub. (APA)
------------
2026-cı il iyunun 5-nə keçən gecə Azov dənizinin Taqanroq körfəzində iki yük gəmisi - Türkiyədən Rostov-na-Donuya taxıl yükləmək üçün ballast vəziyyətində hərəkət edən "Natra" və "Zirkon" quru yük gəmiləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hücumlar nəticəsində beş nəfər həlak olub.
Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Bakı vaxtı ilə saat 04:04-də Taman Dəniz Xilasetmə və Koordinasiya Mərkəzindən daxil olan məlumatda bildirilir.
""Natra" gəmisinə dörd PUA zərbəsi endirilib, ekipajın iki üzvü həlak olub. Yanğın ekipaj üzvləri tərəfindən söndürülüb, gəmi suyun üzərində qalır və yedəyə alınmasına ehtiyac var. "Zirkon" gəmisinin isə üst tikili hissəsinə dörd zərbə qeydə alınıb, ekipajın üç üzvü həlak olub. Ekipaj üzvləri xilasedici qayıqlarla gəmini tərk edib, gəmidə yanğın davam edir", - deyə operativ məlumatda qeyd olunur.
"Natra" quru yük gəmisində (Beliz bayrağı altında üzür) 12 nəfər, "Zirkon" quru yük gəmisində (Palau bayrağı altında üzür) isə 14 nəfər olub. Onların hamısı fərdi qaydada muzdlu dənizçi kimi işə götürülmüş Azərbaycan vətəndaşları olub. Hər iki gəmi xarici bayraq altında üzür və Azərbaycan dövlətinə aid deyil.
Hücumlar arasında bir saatdan bir qədər artıq vaxt fərqi olub: "Natra" saat 00:45-də, "Zirkon" isə saat 01:55-də vurulub.
Sağ qalan dənizçilər faciə baş verən ərazidən keçən üç gəmi tərəfindən xilas ediliblər. Səhərə yaxın bütün xilas olunanlar Yeysk limanına çatdırılıb. Suyun üzərində qalan və zədələnmiş "Natra" gəmisinin yedəyə alınması üçün iki yedəkçi gəmi hadisə yerinə göndərilib./trend.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Pasiyenti döydüyü iddia edilən sanitar danışdı - (Video)
-
Xırdalanda 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq ölüb
-
Bərdə xəstəxanasında sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi
-
Məktəbin yanında söyüş söyən 7 nəfər həbs edildi
-
Zaqatalada rus sürücü TIR-la qadının üstündən keçdi
XƏBƏR LENTİ
-
Wi-Fi siqnalını alüminium folqa ilə gücləndirmək mümkündür? - Araşdırma
-
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
-
Payız-qış mövsümündə dəbdə olacaq gödəkçələr
-
Psixoloq təkrarlanan pis yuxulardan qurtulmağın yollarını açıqladı
-
Kökəlmək istəyənlər oxusun
-
Üzünüzə gülən hər kəs dost deyil: Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
-
Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
-
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
-
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı
-
Tramp: Benzinin qiyməti daha da ucuzlaşacaq
-
Günün qoroskopu: Qarşıda sizi maraqlı bir yenilik gözləyir
-
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
-
Bəzi işbazlar avtomobildəki problemi gizlətmək üçün bu yola əl atırlar - (Video)
-
Makron Fransadakı iğtişaşların iştirakçıları ilə bağlı vəd verdi
-
"Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
-
Can Bonomoya ağır itki - (Foto)
-
Fransada kütləvi etirazlar zamanı 272 nəfər saxlanıldı - (Video)
-
Lamin Yamaldan möhtəşəm qol - (Video)
-
Dələduzların yeni taktikası: külli miqdarda pul verirlər, sonra... - (Video)
-
“Neftçi” rəqibinə öz oyununu göstərməyə imkan vermir” - Qurban Qurbanov
-
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Timati nişanlısına 40 milyonluq avtomobil bağışladı - (Video)
-
“Futbolçular psixoloji təzyiq altında qalmamalıdır” - Vernidub





