Şou-biznes

Nigar Camal tələbəlik illərinə qayıtdı – FOTO

6 İyun 2026 00:12
Baxış: 369
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Müğənni Nigar Camal sosial şəbəkədə tələbəlik illərindən olan arxiv fotosunu izləyiciləri ilə bölüşüb.

Milli.Az xəbər verir ki, sənətçi paylaşımında universitet illərini xatırlayaraq müəllimi Aida Quliyevaya müraciət edib.

Nigar Camal fotoya "Xəzər Universiteti - Aida Quliyeva. Biz sizi sevirik, biz sizin üçün darıxırıq" sözlərini yazıb.

Paylaşım izləyicilər tərəfindən maraqla qarşılanıb. Sənətçinin tələbəlik dövrünə aid fotosu qısa zamanda sosial şəbəkələrdə diqqət çəkib və çoxsaylı bəyənmə toplayıb.

Qeyd edək ki, Nigar Camal 2011-ci ildə "Eurovision Song Contest 2011" yarışmasında Azərbaycanın təmsilçisi kimi qalib gələrək ölkəyə ilk "Eurovision" birinciliyini qazandırıb. (Musavat.com)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.