Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğın nəzarətə götürülməklə yayılmasının qarşısı alınıb.
FHN-dən Milli.Az-a verilən xəbərə görə, yanğının tam söndürülməsi üçün ərazidə kifayət qədər texnika və canlı qüvvə fəaliyyət göstərir.
Əlavə məlumat veriləcək.
Milli.Az
_______________
Saat - 13:24
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
FHN-dən Milli.Az-a verilən xəbərə görə, qüvvələr tərəfindən yanğın ərazisinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.
Əlavə məlumat veriləcək.
Milli.Az
______________
Saat - 12:30
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
FHN-dən Milli.Az-a verilən xəbərə görə, əraziyə dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək./Apa
Milli.Az





