Dünya

Daha bir ölkə sosial şəbəkələrə girişi məhdudlaşdırdı

29 Mart 2026 09:34
Baxış: 358
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstriya hökuməti 14 yaşına çatmayan şəxslərin sosial şəbəkələrə daxil olmasını məhdudlaşdırmağı planlaşdırır.

Milli.Az xəbər verir ki, hakimiyyətdə təmsil olunan 3 partiya məsələ ilə bağlı ilkin razılığa gəlib. Qadağada məqsəd uşaqları "cəlbedici alqoritmlərin zərərindən və arzuolunmaz məzmunlardan qorumaqdır". 

Müvafiq qanunun üzərində işə iyul ayında başlanacağı bildirilsə də, tətbiq tarixi hələlik məlum deyil.

Qeyd edək ki, Avstriya ötən dekabrda 16 yaşına çatmayan şəxslərin sosial şəbəkələrə daxil olmasını məhdudlaşdıran ilk ölkə olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.