Hadisə, Kriminal

"Yaponçik" və "Ded Xasan"ın ölümünə səbəb olan "qanuni oğru" ölkədən QOVULDU

29 Mart 2026 06:06
Baxış: 459
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kriminal aləmdə "Qaley" kimi tanınan 51 yaşlı "qanuni oğru" Dmitri Qaleyev Polşadan deportasiya edilib.

Milli.Az xəbər verir ki, Qaleyev 1998-ci ildə "taclandırılıb" və Belarus mənşəli "qanuni oğrular" arasında staj baxımından ən yaşlılardan biridir.

Qeyd olunur ki, vaxtilə "Yaponçik" və "Ded Xasan"ın öldürüldüyü iri kriminal klanlararası münaqişə Moskvada Xusan Ziyamuxamedovun qızının toyunda Qaley ilə Piçuqa arasında baş verən dava ilə başlayıb. Qaleyin, eləcə də həmin vaxt onu dəstəkləyən Taro və Merabın statusu bu günə qədər mübahisəli olaraq qalır.

Məlumata görə, hazırda Moqilyovda yaşayan Qaleyev Polşaya yollanıb. Orada onun "titulu"nu tanıyan çoxsaylı qruplaşma fəaliyyət göstərir. Lakin sərhəddə onun kimliyi və keçmişi müəyyən edildikdən sonra geri qaytarılıb.

Bundan sonra onun Şengen ölkələrinə girişinə 10 il müddətinə qadağa qoyulub. (Lent.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.