Abbas Əraqçi Azərbaycan dilində humanitar yardımlara görə ölkəmizə təşəkkür edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İranın xarici işlər naziri Abbas Əraqçi humanitar yardımlara görə Azərbaycana təşəkkür edib.
Milli.Az xəbər verir ki, diplomat bu barədə "X"dəki hesabında yazıb.
"Azərbaycan hökumətinə və xalqına humanitar yardımlara görə, eləcə də digər ölkələrin yardımlarının çatdırılması üçün yaradılmış şəraitə görə təşəkkürümü bildirirəm",- o bildirib və əlavə edib ki, çətin günlərdə nümayiş etdirilən bu dəstək, İran və Azərbaycan xalqlarını birləşdirən ortaq mədəniyyətə söykənir.
Qeyd edək ki, 18 mart tarixində Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana ikinci humanitar yardım göndərilib.
Azərbaycandan İrana ilk humanitar yardım isə martın 10-da yola salınıb. Humanitar yardımın tərkibində 30 tona yaxın qida məhsulları, o cümlədən 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar olub. ("Report")
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Musiala 4 gün ərzində 2-ci dəfə meydanda huşunu itirdi - Diaqnozu açıqlandı
-
Qonaq gedən 4 yaşlı uşaq faciəvi şəkildə öldü
-
İspaniyada ard-arda 3 zəlzələ oldu
-
Baş həkim işdən çıxarıldı
-
Ebru Gündeş 200 min dollarlıq əməliyyatdan sonra - (Video)
-
Azərbaycanda avro bahalaşdı
-
Bloqer “By Ella” həbs olundu
-
"Sabah" "Hapoel Beer-Şeva"ya qarşı - ÇL-nın bir addımlığında
-
Tərtərdə avtomobil 2 qadını vurub öldürdü
-
Ailəsi dağılan azərbaycanlı müğənni ilk dəfə nişanlısından danışdı - (Fotolar)
-
ÜST-dən xəbərdarlıq: “Görünməmiş sürətlə yayılır”
-
Maşın ağaca çırpıldı - Ölən var
-
Elşad Xosedən yeni xəbər var
-
Çində güclü zəlzələ oldu
-
ÇL: “Fənərbağça” "Lyon"la bacarmadı
-
Yalnız 4 bürc şanslı bilet çəkəcək
-
İsti, yoxsa soyuq? - Hava yanacaq sərfiyyatına təsir edir
-
Kanye Putinlə görüşmək istəyir
-
Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə - Siyahı açıqlandı
-
Arıqlamaq istəyənlərin nəzərinə!
-
Quru göz sindromunun yaranma səbəbləri
-
"Fənərbağça"nın yeni transferi Lukakunu Türkiyəyə bağlayan səbəblər varmış - Maraqlı faktlar
-
Müğənni Dəniz uzun aradan sonra - Kəskin dəyişimi müzakirə yaratdı - (Video)
-
30 dəqiqəyə lobyadan dadlı şam yeməyi





