"Kurtlar vadisi"nin məşhur səhnəsində "Polat" ciddi xəsarət alıb, əməliyyat olunubmuş - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türk televiziya tarixinin əfsanə seriallarından biri olan "Kurtlar Vadisi" illər keçsə də, kulis hekayələri ilə gündəmdə qalmağa davam edir.
Milli.Az xəbər verir ki, serialda "Süleyman Çakır" obrazı ilə yadda qalan məşhur aktyor Oktay Kaynarca illər sonra verdiyi açıqlama ilə çəkiliş meydançasında yaşanan maraqlı və eyni zamanda təhlükəli bir hadisəni danışıb. Onun dedikləri qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Aktyor bildirib ki, çəkiliş zamanı az qala qəza baş verəcəkdi. Həmin dövrdə serialda "Polat Alemdar" obrazını canlandıran Necati Şaşmaz ilə birlikdə bir səhnədə olduqlarını deyən Kaynarca, səhnənin olduqca gərgin atmosferdə çəkildiyini vurğulayıb.
Ssenariyə uyğun olaraq əsəbi anı canlandırdıqlarını deyən aktyor, əlindəki telefonu əsəblə atdığını qeyd edib. Lakin gözlənilmədən telefon dekorasiyada olan çilçırağa dəyib. Zərbənin təsirindən çilçırağın şüşələri qırılaraq ətrafa səpələnib.
Kaynarcanın sözlərinə görə, qırılan şüşə parçalarından biri birbaşa Necati Şaşmazın gözünə tərəf gəlib. Bu an çəkiliş meydançasında böyük panika yaşanıb. Çəkiliş dərhal dayandırılıb və bütün heyət Şaşmaza kömək etməyə tələsib.
"Doğrudan da çox qorxduq. Telefon çilçırağa dəydi, şüşələr dağıldı və bir parça Necatinin gözünə gəldi. O an hamı donub qalmışdı, nə edəcəyimizi bilmirdik", - deyə Oktay Kaynarca yaşanan gərgin anları xatırlayıb.
Xoşbəxtlikdən hadisə düşündükləri qədər ciddi olmayıb. Aktyor bildirib ki, Necati Şaşmaz xəsarət alıb və xəstəxanaya aparılıb, gözünün içindən şüşə parçası çıxarılıb.
Televiziya tarixində iz qoyan "Kurtlar Vadisi"nin pərdəarxasında yaşanan bu hadisə serialın nə qədər real və gərgin səhnələrlə çəkildiyini bir daha göstərib. Sosial şəbəkələrdə yayılan açıqlamadan sonra bir çox istifadəçi "deməli, o səhnələr həqiqətən də çox real imiş" kimi rəylər yazıb.
Hüseyn
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..." - (Video)
-
İbrahim Borçalı: “Dərddən şəkərim qalxdı”
-
2 məşhur azərbaycanlı müğənninin birgə uşaqlıq Fotosu
XƏBƏR LENTİ
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Bu ərazimizə qar yağdı
-
Azərbaycanlı alim vəfat etdi
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Bu rayonda bir sıra məktəb və bağçaların adları dəyişdirildi
-
İqtisadiyyat.az-ın 8 yaşı tamam olur
-
Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
-
Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizəd oldu
-
İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
-
On doqquz artıq mandat: İsrail özünü hesab tələsinə necə saldı
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..." - (Video)
-
Bu ölkədə işə bir saatdan gec çatanlar 40 faiz artıq maaş alır
-
Evinizdə belə əsginas varsa, diqqətli olun - Qiyməti 1 000 manatı keçir - (Foto)
-
İbrahim Borçalı: “Dərddən şəkərim qalxdı”
-
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
-
2 məşhur azərbaycanlı müğənninin birgə uşaqlıq Fotosu
-
İsveçdə Quranı yandıran belə cəzalandırıldı
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
-
"Qalatasaray" böyük hesabla qələbə qazandı
-
Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər (Foto-Video)





