Göyərtəsində təxminən 3 500 dənizçi və dəniz piyadası olan Amerikanın "USS Tripoli" desant gəmisi ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərqdəki məsuliyyət zonasına çatıb.
Milli.Az xəbər verir ki, bu barədə komandanlığın bəyanatında bildirilir.
Məlumata görə, "America" sinifli gəmi ABŞ dəniz piyadalarının 31-ci ekspedisiya bölməsinin tərkibində fəaliyyət göstərən "Tripoli" desant hazırlığı qrupunun flaqmanıdır.
Qeyd olunub ki, "USS Tripoli"nin göyərtəsində nəqliyyat və zərbə təyyarələri, eləcə də desant-hücum və digər taktiki vasitələr yerləşdirilib.
Daha əvvəl "USS Tripoli"nin Yaxın Şərqə göndərildiyi bildirilib. ("Report")
Milli.Az





