İran "Nüvə silahının yayılmaması haqqında" müqavilədən çıxa bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Nüvə silahının yayılmaması haqqında" müqavilədən (NPT - Treaty on the Non-Proliferation of Nuclear Weapons) çıxmaq məsələsi İranın gündəliyinə salınıb.
Milli.Az xəbər verir ki, bu barədə İran parlamentinə istinadən "Tasnim" agentliyi məlumat yayıb.
"İrandakı bəzi aidiyyəti qurumlar, o cümlədən parlament müqavilədən çıxmaq məsələsini təcili olaraq araşdırır və ölkədə bu müqavilədə qalmaq üçün heç bir səbəbin olmadığı qənaəti qətiləşir",- məlumatda bildirilib.
Qeyd olunub ki, sənədə əsasən, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın dinc nüvə texnologiyasından və onun ləvazimatlarından faydalanmasının qorunması və dəstəklənməsi şəraitini təmin etməlidir:
"Lakin agentliyin rəhbəri Rafael Qrossi düşməni dolayısı ilə İranın obyektlərinə qarşı nüvə silahından istifadə etməyə təşviq edəndə və ABŞ ilə İsrail AEBA-nın heç bir maneəsi və qınağı olmadan İranın obyektlərinə hücum edəndə müqavilədə qalmaq üçün heç bir əsas qalmır".
Bildirilib ki, NPT-dən çıxmağın məqsədi nüvə silahına doğru getmək demək deyil, əksinə, ABŞ və İsrailin casusluq fəaliyyətlərinin davam etməsinin qarşısını almaqdır.
Qeyd edək ki, NPT nüvə silahlarının yayılmasının qarşısını almaq, nüvə enerjisindən dinc məqsədlərlə istifadəni təşviq etmək və nüvə tərksilahı prosesini irəli aparmaq məqsədi daşıyan beynəlxalq müqavilədir. Müqavilə 1968-ci ildə imzalanıb və 1970-ci ildə qüvvəyə minib. Məqsəd nüvə silahı olmayan dövlətlərin bu silahları əldə etməsinin qarşısını almaq, nüvə silahına malik olan dövlətlərin silahsızlaşma istiqamətində addımlar atması və nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququnu tanımaqdır. ("Report")
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İranda orqanlarını satırlar: 20-30 faiz endirimlə... - (Foto)
-
Əraqçi: “Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun”
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Pezeşkian: Ali Rəhbər ABŞ ilə bağlı hökumətə səlahiyyət verib
-
İran bunu etsə, “kiberqiyamət” olacaq
-
“Hörmüz tamamilə bağlıdır və nəzarətimizdədir” - Əli Abdullahi
XƏBƏR LENTİ
-
Söyüdlü kəndinin qızıl hasilatı üçün boşaldılacağı barədə məlumatlar əsassızdır - Media və Yayım Şurası
-
Başağrılarınız ola bilər - Xəbərdarlıq
-
Bu şəxslərə 13 və 14-cü maaş veriləcək - Şad xəbər
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Arif Mirzəyevlə vida mərasimi keçirilir - (Yenilənib)
-
Qazaxda yanğın oldu
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu tankerə dron hücumu olub - (Video)
-
Qayınata bu yazıya görə toy günü bəyi döydü
-
Vuqar İbrahimov vəfat etdi
-
Sabah bu ərazilərdə su olmayacaq
-
Ayın 16-da intensiv yağış yağacaq - Proqnoz
-
Ardanın yeni maaşı məlum oldu
-
ANAMA sədrinin müavini məhkəməyə verilir - Generalın qızından iddia
-
Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
-
Türkiyə sahillərində zəlzələ oldu
-
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
-
Kamaləddin Qafarov: Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı qarşılıqlı etimada və ortaq strateji maraqlara söykənir
-
Sabahdan bu binalara istilik verilməyəcək
-
Bakıda hava kəskin dəyişir: Temperatur 8 dərəcə enəcək - Tarixlər
-
Azərbaycan Fələstini təbrik etdi
-
Azərbaycan gimnastları Çində keçirilən turnirdə bürünc medal əldə ediblər
-
Səudiyyə Ərəbistanında iki pilotsuz uçuş aparatı vurulub
-
Hörmüz boğazında iki neft tankerində yanğın baş verib





