Kriminal

Oğlu tərəfindən öldürülən qadın müəllim olub - FOTOlar

30 Mart 2026 18:33
Baxış: 507
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəmkir rayonunun Qaracəmirli kəndində oğlu tərəfindən qətlə yetirilən 66 yaşlı Çiçək Sərdarova orta məktəb müəllimi olub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, mərhum Qaracəmirli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib, ötən il yaşla bağlı əmək pensiyasına çıxıb.

Məlumat üçün bildirək ki, hadisə zamanı qadının ruhi xəstə olan oğlu Anar Allahverdiyev küt alətlə anasını qətlə yetirib. Daha sonra isə üzərinə sürtkü yağı tökməklə özünü yandıraraq intihar edib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.