Siyasət

Hindistan vətəndaşlarının təxliyəsinə görə Azərbaycana təşəkkür edib

30 Mart 2026 17:02
Baxış: 455

Hindistan İranda olan vətəndaşlarının təhlükəsiz təxliyəsinə görə Azərbaycana təşəkkür edib.

Milli.Az xəbər verir ki, bu barədə Hindistanın Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkə chesabında paylaşım edilib.

"İrandan Hindistan vətəndaşlarının təhlükəsiz tranzitini təmin etdiklərinə görə Azərbaycan hakimiyyətinə səmimi minnətdarlığımızı bildiririk", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, 28 fevral 8.00-dan - 30 mart saat 10:00-dək 196 Hindistan vətəndaşı Azərbaycan vasitəsilə İrandan təxliyə edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.